Bakıda rektordan müəllimlərə pul hədiyyəsi

  18 Dekabr 2018    Oxunub : 17716
 Bakıda rektordan müəllimlərə pul hədiyyəsi
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ştatda olan bütün işçilərə maaşları həcmində pul mükafatları verilib.
Azvision.az xəbər verir ki, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova imzaladığı əmrə əsasən, universitetin bütün əməkdaşlarına onların maddi rifah halının yaxşılaşdırılması üçün maddi yardım edilib.

Məlumat üçün qeyd edək ki, AzMİU-nun rektoru işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün hər il Yeni il öncəsi və Novruz bayramı ərəfəsində universitetin professor-müəllim heyətindən tutmuş xidmətedici heyətdə çalışan bütün əməkdaşlarına kimi maddi yardımlar olunması üçün əmr imzalayır.


Azvision.az

Teqlər: AzMİU