11 maşından oğurluq edən 3 nəfər tutuldu

11 maşından oğurluq edən 3 nəfər tutuldu
  18 Dekabr 2018    Oxunub:3320
Suraxanı rayonu ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində 8 avtomobildən təkər üzlükləri və yan güzgüləri oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Pərvin Hümbətov, 3 avtomobildən isə pul, maqnitofon, səsgücləndiricilər və akkumulyator oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Tural Əsgərli və Bakı şəhər sakini Rəvan Cəfərov saxlanılıblar. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti