Məktəblilərimiz olimpiadalarda 131 medal qazanıb

  18 Dekabr 2018    Oxunub : 12844
Məktəblilərimiz olimpiadalarda 131 medal qazanıb
2013-2018-ci illərdə məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında 3 qızıl, 28 gümüş və 100 bürünc medal olmaqla, ümumilikdə 131 medal qazanıb.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, cari ildə Respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak edib ki, bu da 2013-cü ilə nisbətən 5 dəfə çoxdur.

2013-2018-ci illərdə Təhsil Nazirliyinin idman və şahmat məktəblərinin yetirmələri beynəlxalq yarışlarda 537 qızıl, 468 gümüş, 681 bürünc medal qazanıb.

Azvision.az

Teqlər: Təhsil-Nazirliyi   Medal