Bir ailənin 3 üzvü qəzada öldü - Daha bir faciə

   Bir ailənin 3 üzvü qəzada öldü -  Daha bir faciə
  17 Dekabr 2018    Oxunub:4234
Dekabrın 16-da saat 22 radələrində Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində Ağdam rayon sakini Şahin Abdullayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub.
Azvision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Nəticədə Ş.Abdullayev və sərnişinlərindən anası Mətanət və azyaşlı oğlu Rövşən hadisə yerində ölüb, digər 4 sərnişini xəstəxanaya yerləşdiriliblər. Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti