Ağcabədidə ağır yol qəzası - 2 nəfər ölüb

 Ağcabədidə ağır yol qəzası -    2 nəfər ölüb
  17 Dekabr 2018    Oxunub:5217
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağcabədi rayonunun Muğanlı kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücü 1987-ci il təvəllüdlü Abdullayev Şahin Rövşən oğlunun və sərnişin 2014-cü il təvəllüdlü Abdullayev Rövşən Şakir oğlunun meyitlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Azvision.az





Teqlər: FHN   Qəza  





Xəbər lenti