Bakıda intihara cəhdin qarşısı alınıb

   Bakıda intihara cəhdin qarşısı alınıb
  16 Dekabr 2018    Oxunub:6474
Bakı şəhərinin Xətai rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsindəki mənzilin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

Azvision.az




Teqlər: FHN   İntihar  





Xəbər lenti