Bu il ölkədə 14785 yanğın baş verib

 Bu il ölkədə 14785 yanğın baş verib
  15 Dekabr 2018    Oxunub:5488
Bu il respublika ərazisində 14 min 785, o cümlədən Bakıda 4463 yanğın hadisəsi qeydə alınıb.
Azvision.az xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. Onun sözlərinə görə, baş verən 14 yanğın yüksək saylı çağırışla söndürülüb. Hər gün orta hesabla 45 yanğın hadisəsinə çıxış olub:

"Bu il əməliyyat şəraiti daim diqqət mərkəzində saxlanılıb, yanğın hadisələrinin qarşısı alınaraq ağır fəsadlarla nəticələnməsinə imkan verilməyib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yaşayış sahələrində baş verən yanğınların sayı 74 hadisə azalıb".

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti