Axtarışda olan yeniyetmə saxlanılıb

Axtarışda olan yeniyetmə saxlanılıb
  15 Dekabr 2018    Oxunub:4381
Dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nərimanov rayon Polis idarəsinin 16-cı polis bölməsi və Mingəçevir şəhər Polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan yeniyetmə Mingəçevir şəhəri ərazisində saxlanılıb.

Onun Nərimanov rayonu ərazisində 1 mağazadan 453 manat pul və 1 sexdən mobil telefon və yaddaş qurğusu, 2 gözəllik salonundan pul və məişət əşyaları, Nəsimi rayonu ərazisində isə 1 mağazadan 4000 manat pul oğurlaması da müəyyən edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti