Bir gündə iki piyada qəzada ölüb

Bir gündə iki piyada qəzada ölüb
  15 Dekabr 2018    Oxunub:4646
Dekabrın 14-də saat 9 radələrində Sumqayıt şəhərinin Z.Hacıyev küçəsində şəhər sakini Elməddin Kərimov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən şəhər sakini Füzuli Yusifovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən xəbərə görə, anoloji hadisə Xırdalan şəhəri ərazisində də baş verib. Belə ki, dekabrın 14-də saat 7 radələrində Xırdalan şəhəri ərazisində Sumqayıt şəhər sakini Nazim Şirinov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən şəhər sakini Elxan Çələbiyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti