Maşından pirotexnika və siqaret aşkarlanıb

Maşından pirotexnika və siqaret aşkarlanıb
  15 Dekabr 2018    Oxunub:4901
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E 220" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən xəbərə görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin sağ və sol karnizlərinin üzərindən “Thunder King” yazısı olan 1080 ədəd pirotexniki vasitə və “Milano” markalı 2000 ədəd siqaret aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DGK  





Xəbər lenti