Deputatın qardaşı general-mayor oldu

 Deputatın qardaşı general-mayor oldu
  14 Dekabr 2018    Oxunub:4176
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən, Baba Hacı-Baba oğlu Salayevə general-mayor ali hərbi rütbəsi verilib.

Məlumat üçün bildirək ki, Baba Salayev bu ilin 20 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi təyin edilib. Buna qədər Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi işləyib.

Qeyd edək ki, Baba Salayev deputat Hacı Salayevin qardaşıdır.


(Deputat Hacı Salayev)

Azvision.az


Teqlər: General   FHN  





Xəbər lenti