Millimizlə qarşılaşacaq Estoniya yığmasının heyəti açıqlandı

Millimizlə qarşılaşacaq Estoniya yığmasının heyəti açıqlandı
  05 Noyabr 2013    Oxunub:1406
Azərbaycan millisi ilə qarşılaşacaq Estoniya yığmasının heyəti açıqlandı.
Estoniya yığmasının baş məşqçisi Tarmo Rüütli komandasının noyabrın 15-də Tallində Azərbaycan, noyabrın 19-da Lüksemburq yığmasına qarşı keçirəcəyi oyunda iştirak edəcək 21 futbolçusunun adını açıqladı.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, heyətdə qapıçılar - Mihel Aksalu (“Seinäjoen”, Finlandiya), Sergey Pareyko (“Volqa”, Rusiya), müdafiəçilər - Artyom Artyunin, Dmitri Kruqlov (hər ikisi “Levadia”, Estoniya), Enar Yaager, (“Lierse”, Niderland), Ken Kallaste (“Nõmme Kalju”, Estoniya), Raqnar Klavan (“Augsburg”, Almaniya), Mikk Reyntam (“Jyväskylä”, Finlandiya), Tayo Teniste (“Sogndal”, Norveç), yarımmüdafiəçilər - Aleksandr Dmitriyev (“Levadia”, Estoniya), Yoel Lindpere (“Chicago Fire”, ABŞ), Siim Luts (“Norrköping”, İsveç), Sergey Mosnikov (“Górnik”, Polşa), Sander Puri (“York City”, İngiltərə), Konstantin Vasilyev (“Amkar”, Rusiya), Martin Vunk (“Kalev”, Estoniya), hücumçular - Henri Anier (“Motherwell”, Şotlandiya), Rimo Hunt (“Levadia”, Estoniya), Tarmo Kink (“Győr”, Macarıstan), Henrik Oyamaa (“Legia”, Polşa) və Sergey Zenev (“Karpaty”, Ukrayna) yer alıb.

Qeyd edək ki, Estoniya-Azərbaycan görüşü noyabrın 15-də Tallində “A. Le Koq Arena”da keçiriləcək.


Teqlər:





Xəbər lenti