Yevlaxda ər arvadını atasının evində öldürdü

  Yevlaxda ər arvadını atasının evində öldürdü
  14 Dekabr 2018    Oxunub:7079
Dekabrın 13-də Yevlax rayonunun Nemətabad kənd sakini Saday Sadıqov Meyvəçilik kəndində yaşayan qaynatası Sabir Abışovun evində münaqişə zəminində arvadı Vəfanı bıçaqla qətlə yetirib.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində S.Sadıqov saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Qətl  





Xəbər lenti