Türkiyə XİN rəhbəri: “Azərbaycanın sədrliyi uğurlu oldu”

  Türkiyə XİN rəhbəri:  “Azərbaycanın sədrliyi uğurlu oldu”
  14 Dekabr 2018    Oxunub:8831
"Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi zamanı bəzi məsələləri həll edə bildik. Azərbaycanı quruma uğurlu sədrliyi münasibətilə təbrik edirəm".
Azvision.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir qeyd edib ki, bu qurumda islahatlar aparılmalı, mövcud problemlər həll olunmalıdır:

"Bu anlamda Azərbaycanın səyləri nəticəsində əhəmiyyətli irəliləyişlərə nail olundu. Bundan əlavə, iclasda gələcəkdə edə biləcəyimiz məsələləri də müzakirə etdik. Türkiyə üçün QDİƏT çox önəmlidir. Təşkilatın digər qurumları ilə birgə çox vacib vəzifələri həyata keçirir. Bu qurumun daha da genişləndirilməsi, böyüməsi və inkişaf etdirilməsi üçün səylərimizi davam etdirəcəyik".

Elvin Abulqədirov
Azvision.az



Teqlər: Türkiyə   QDİƏT   Azərbaycan  





Xəbər lenti