DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan
Azvision.az -a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri Rəfael Qurbanov, Taleh Qurbanov və Amil Əliyev saxlanılıblar. Ətraflarında aparılan araşdırma zamanı onların bir neçə cinayət əməlində də iştirakının olduğu müəyyən edilib.
Belə ki, onların həmin gün ”Azərpoçt” MMC -yə məxsus poçt filialından içərisində 7ədəd “Dekoder”aparatı və 34 ədəd açıqca olan seyfi oğurladıqları və cari ilin əvvəlində bankların birinin bankomatından pul oğurlamağa cəhd etdikləri üzə çıxıb. Həmin şəxslərdən oyun aparatları və kassa maddi sübut kimi götürülüb. Hər üç faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Azvision.az