Məktəblərdə bayrama görə pul yığılması iddiasına rəsmi cavab

   Məktəblərdə bayrama görə pul yığılması iddiasına    rəsmi cavab
  12 Dekabr 2018    Oxunub:16713
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində təqvim ilinin yekunları ərəfəsində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbirlərin keçirilməsi tövsiyə olunur.
BŞTİ-dən Azvision.az -a verilən məlumata görə, müvafiq tədbirlər məktəblilərin Azərbaycançılıq, həmrəylik və birlik ideyaları ruhunda tərbiyə olunması baxımından daha əhəmiyyətli və gərəklidir.

Qeyd olunub ki, ümumi təhsil məktəblərində Yeni İl bayramı münasibətilə hər hansı vəsaitin yığılması ilə bağlı valideynlər tərəfindən BŞTİ-yə heç bir müraciət daxil olmayıb: "Belə hallarla rastlaşan şəxslər anonim olmadan Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (Tel: (012) 599-12-22; E-poçt: [email protected]) müraciət edə bilərlər".

Aytən Zəhra
Azvision.az



Teqlər: BŞTİ   məktəb   pul  





Xəbər lenti