Bakcell məktəbliləri mükafatlandırdı
291 nömrəli Ekologiya liseyinin şagirdləri Mustafayev Tuncay və Niftəli Ayşən, 211 nömrəli məktəbdən Qəribova Fidan, Əlisəttarova Aylin, Ramazanova Mədinə, Xəlilov Vüsal, Mirzəyeva Əsmət və 271 nömrəli məktəbdən Məmmədov Ayxan, Göyüşlü Banu, Əkbərli Hüseyn, Quluzadə Nurlan və Süleymanova Mədinə müsabiqənin qalibləri seçilib. Bakı şəhərinin 211 nömrəli tam orta məktəbində keçirilmiş mərasim zamanı müsabiqədə qalib gəlmiş məktəblilərə Bakcell və ENGİNET şirkətləri tərəfindən xüsusi hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Bakcell bir neçə il il bundan əvvəl istifadəyə verilmiş və artıq 4G şəbəkəsində də fəaliyyət göstərən “Təhlükəsiz İnternet Paketləri” uşaqlar üçün internetdən istifadənin təhlükəsiz olmasını təmin edir. Bu internet paketləri və ENGİNET şirkətinin “İnternet Filtrasiya Xidməti” sayəsində Bakcell abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları zərərli və istənilməyən məzmundan qorumaq imkanına malikdirlər.
“Təhlükəsiz İnternet” paketləri haqqında daha ətraflı məlumat https://www.bakcell.com/az/internet-safe-internet səhifəsinə əks olunur.
Azvision.az
Teqlər: Bakcell Mükafat Məktəbli