10 bankın əmlakı hərraclarda satılıb

10 bankın əmlakı hərraclarda satılıb
  12 Dekabr 2018    Oxunub:9009
Əmanətlərin Sığortalanması Fondu (ADIF) Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə avqust-noyabr aylarında keçirilən hərraclarda ləğv prosesində olan QSC "BankStandard" Kommersiya Bankı, "Texnikabank" ASC, "Bank of Azerbaijan" ASC, "Zaminbank" ASC, "Dəmirbank" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, "Kredobank" ASC, "Royalbank" ASC, "AtraBank" ASC, "Dekabank" ASC balansındakı daşınar və daşınmaz əmlakı satılıb.
Fonddan Azvision.az -a verilən məlumata görə, qeyd edilən ləğv prosesində olan banklara məxsus 9 lot üzrə daşınmaz əmlak və 51 lot üzrə daşınar əmlak, o cümlədən, avtomobillər, inkasator maşınları, mebel, kompüter və elektrik avadanlıqları satılıb.

Ləğv prosesində olan QSC "BankStandard" KB-nin balansında olan 3 ədəd daşınmaz əmlak və 13 lot üzrə daşınar əmlak, "Texnikabank" ASC-nin balansındakı 3 ədəd daşınmaz əmlak və 11 lot üzrə daşınar əmlak, "Dəmirbank" ASC-nin balasında olan 1 ədəd daşınmaz əmlak və 11 lot üzrə daşınar əmlak, "Bank of Azerbaijan" ASC-nin balansındakı 1 ədəd daşınmaz əmlak və 8 lot üzrə daşınar əmlak və "Kredobank" ASC-nin balansındakı 1 ədəd daşınmaz əmlak və 1 lot üzrə daşınar əmlak satılıb.

Bundan başqa, ləğv prosesində olan "Atrabank" ASC-nin balansındakı daşınar əmlak 3 lot, "Dekabank" ASC-nin balansındakı daşınar əmlak 1 lot, "Qafqaz İnkişaf Bankı" ASC-nin balansındakı daşınar əmlak 1 lot, "Royalbank" ASC-nin balansındakı daşınar əmlak 1 lot və "Zaminbank" ASC-nin balansındakı daşınar əmlak 1 lot üzrə satılıb.

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların əmlakının satışı üzrə hərracların təşkilini davam etdirir.

Azvision.az



Teqlər: Bank   Hərrac  





Xəbər lenti