Şamaxıda sürüşmə ailələri evsiz qoydu - VİDEO

  Şamaxıda sürüşmə ailələri evsiz qoydu -  VİDEO
  12 Dekabr 2018    Oxunub:4402
Şamaxının Quşçu kəndində sürüşmə yenidən aktivləşib. Buna səbəb son günlər müşahidə edilən intensiv yağışlardır. Torpaq sürüşməsi nəticəsində kənd sakilərinə məxsus evlərə və yardımçı tikililərə ziyan dəyib. Evlərin divar və tavanında xırda çatlar genişlənərək yaşayış üçün təhlükə yaradıb.
Sürüşmə zamanı kənd sakinlərinin həyətyanı sahələrinin hasarları, meyvə ağacları yararsız vəziyyətə düşüb. Sakinlərin sözlərinə görə, yağışdan sonra aktivləşən torpaq kütləsi yolları yarasız hala salıb. Nəticədə bəzi evlərə gedən avtomobil yolları tamamilə bağlanıb.

Qeyd edək ki, sürüşmə səbəbindən Quşçu kəndində 15-ə yaxın evin divarında iri və xırda çatlar əmələ gəlib. Bəzi sakinlərə məxsus yaşayış evi sürüşmə nəticəsində qəzalı vəziyyət düşüb. (ARB TV)



Azvision.az



Teqlər:





Xəbər lenti