Eynulla Fətullayev Rüstəmxanlı qardaşlarına CAVAB verdi

Eynulla Fətullayev Rüstəmxanlı qardaşlarına CAVAB verdi
  04 Noyabr 2013    Oxunub:1026
““Qanun” nəşriyyatında yoxlama aparanlardan biri mənim qohumumdur”.
Bunu AzVision.az-a açıqlamasında “Qanun” nəşriyyatının bağlanmasında adı hallanan jurnalist Eynulla Fətullayev deyib.

Jurnalist vurğulayıb ki, onun qohumu 15 ilə yaxındır ki, vergilər orqanlarında çalışır:

“Hamının qohumu haradasa işləyir. Həmin şəxs orada 15 ilə yaxındır ki, hüquq-mühafizə orqanlarında çalışır. Onların idarəsi gedib yoxlamağa, yoxlamada iştirak edən 15 nəfərdən biri də o olub. Bunun mənə nə aidiyyatı var?”

E.Fətullayev həmçinin “Qanun” nəşriyyatının bağlanmasında onun rolunun olmadığını, haqqında yayılan məlumatların cəfəngiyyat olduğunu qeyd edib.

“Ümumiyyətlə burada mənim adımın hallanması səviyyəsiz və əfsuslar olsun ki, jurnalistikaya yaraşmayan bulvar nəşrlərinin uydurmalarıdır. Digər tərəfdən də görünür Rüstəmxanlı qardaşları özləri çətin vəziyyətə düşüb və bu mürəkkəb vəziyyətdən çıxamaq üçün məsələləri siyasiləşdirirlər.

Mən jurnalsitəm, hamı kimi yazılar yazıram. Münasibətimi bildirirəm. Bu məsələni mənim adımla bağlamaq məntiqsizdir. Bir çox saytlarda Sabir Rüstəmxanlının partiyasının müxalifətin sonuncu mitinqində iştirakından yazıblar, biz də yazmışıq. Çoxu bunu anlaşılmazlıqla qarşılayıb, həmçinin də mən. Amma bunun “Qanun” nəşriyyatında aparılan maliyyə yoxlamalarına nə aidiyyatı var? Sadəcə məsələni siyasiləşdirirlər”.-deyə E.Fətullayev açıqlama verdi.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti