Premyer Liqada xokkey hesabı qeydə alındı
AzVision.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçirilib.
Günün ilk qarşılaşması Sumqayıtda baş tutub. Burada yerli komanda AZAL-ı sınağa çəkib. Oyunda hesab açılmayıb (0:0).
Turun son və mərkəzi qarşılaşması isə "Qarabağ" və "Qəbələ" klubları arasında olub.
Dramatik keçən oyunda xokkey hesabı qeydə alınıb. "Qarabağ"ın 4 topuna "Qəbələ" 3 topla cavab verib.
Bununla "Qarabağ" 27 xalla birinci, "Neftçi" 24 xalla ikinci, "Qəbələ" 22 xalla üçüncü yeri tutur.
Teqlər: