Ümumilikdə 100-ə yaxın velosipedçi “bayrağımız qürur mənbəyimizdir” adı altında keçirilən velo-yürüşdə iştirak edib. Artıq ənənə halını almış yürüşə Şıx qəsəbəsində yerləşən veloparkdan start verilib. Yürüşlə əlaqədar magistral yolun bir hissəsi nəqliyyatın hərəkətinə bağlanıb. Yarış iştirakçılarının yol boyu təhlükəsizliyi təmin olunub.
Velosipedçilərin son dayanacağı isə dənizkənarı parkdakı "Bayraq meydanı" olub. Yürüş qəzasız başa çatıb.