“Əşyaların İnterneti” mövzusunda seminar keçiriləcək

  05 Dekabr 2018    Oxunub : 11170
“Əşyaların İnterneti” mövzusunda seminar keçiriləcək
Azərbaycan Elm Assosiasiyası Qafqaz Point Hotel-də 9 dekabr 2018-ci il tarixində, saat 11:30-da “IoT – Əşyaların İnterneti: İnformasiya Texnologiyalarının Əsasları” mövzusunda seminar keçirəcək.
“Əşyaların İnterneti” sensorlarla və birlikdə işləmək üçün internetlə təmin olunmuş, bizim nə etdiyimizi bilən və avtomatik çalışıb, bizim həyatımızı asanlaşdıran gündəlik cihazların nəhəng sistemidir. Bu, elə bir sistemdir ki, internetə çıxışı olan bütün obyektlər bir-biri ilə unikal tanışlıq və informasiyanı bir-birinə internet üzərindən ötürmək imkanı ilə təmin olunub.

Başqa sözlə, bu sistemdə insan-insan və ya insan-kompüter əlaqəsinə ehtiyac olmur. Əgər hər hansısa bir cihaz və ya obyektin internetə çıxışı varsa, onu “Əşyaların İnterneti”nin bir hissəsi hesab etmək olar.

Seminar çərçivəsində IoT-də istifadə olunan texnologiyalar və modullar haqqında məlumat veriləcək. Eyni zamanda IoT simulyatorları barədə də danışılacaq. Son olaraq, smart sensorlar və onların IoT-də yeri mövzusuna toxunulacaq.

Seminarda iştirak pulsuzdur, qeydiyyat tələb edilmir.

Ətraflı məlumatı seminara həsr olunmuş Event -in səhifəsindən almaq olar.

Teqlər: