“Fəxrəddin Manafovla danışdım, işdən çıxdığını demədi”

 “Fəxrəddin Manafovla danışdım, işdən çıxdığını demədi”
  05 Dekabr 2018    Oxunub:19980
“Bu gün Fəxrəddin Manafovla telefonla danışdım. Teatrdan ayrılması ilə bağlı heç nə demədi. Əgər belə bir şey olsaydı, bizə əvvəlcədən məlumat verərdi”

Bunu Azvision.az-a Rus Dram Teatrının mətbuat katibi İlham Məmmədov xalq artisti Fəxrəddin Manafovun teatrdan ayrılması ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.
O, xalq artisti ilə dünən görüşdüyünü, hər şeyin qaydasında olduğunu bildirib: “Dünən tedbirimiz var idi. Onunla oturub xeyli danışdıq. Hər şey normaldır. Bu gün də telefonla danışmışam. Hazırda Fəxrəddin bəy ştatadadır, teatrın rəsmi işçisidir. O, çıxmaq istəsəydi, bu barədə bizə əvvəlcədən məlumat verərdi. İndi çıxmaqla bağlı hansısa söhbət yoxdur. Doğrudur, aktyorların kaprizləri olur, amma bu, o demək deyil ki, Fəxrəddin bəy teatrdan gedib. Jurnalistlər ona tamaşada nə vaxt oynayacağı ilə bağlı sual veriblər, o isə deyib ki, hələlik tamaşa yoxdur”.

Qeyd edək ki, bəzi KİV-lərdə xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrının ayrılması barədə məlumatlar yayılıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Fəxrəddin-Manafov  





Xəbər lenti