“Neftçi”nin 7 azarkeşini polis saxladı
"Neftçi"nin 7 azarkeşi fişəng yandırdığı üçün saxlanılıb.
Stadiondan kənarda yüzlərlə "Xəzər Lənkəran" klubunun azarkeşinin toplaşdığı bildirilir.
Xatırladaq ki, AFFA İntizam Komitəsinin qərarına əsasən “Neftçi” və “Xəzər Lənkəran” klubları arasında keçirilən oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulub. Qərara uyğun olaraq Topaz Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək “Neftçi”-“Xəzər Lənkəran” oyununun biletləri yalnız meydan sahibi komandanın azarkeşləri üçün satışa çıxarılıb və biletlərin hamısı onlar tərəfindən alınıb.
Teqlər: