"Soprano" art qrupunun Bakıda konserti keçirilib - Fotolar
Qeyd edək ki, "Soprano" Mixail Turetskinin unikal vokal layihəsidir – qadın səslərinin toplusudur. Art qrupda ən yüksək – koloratur sopranodan ən aşağı – mezzoyadək fərqli səslərə rast gəlmək mümkündür. Kollektivin repertuarına müxtəlif janrlarda əsərlər – klassika, pop, rok, folklor, caz daxildir. Qrup musiqi şoularını auditoriya ilə interaktiv şəkildə təqdim edir.
"Soprano" bir sıra beynəlxalq idman tədbirlərinin-Soçidə keçirilmiş "Formula 1" Qran-pri yarışının, hər il keçirilən "Birinci kanalın kuboku" xokkey turnirinin və s. musiqili səfiri olub. Muxail Turetskinin "Soprano" və "Turetski xoru" qrupları 2017-ci ildə bir sıra ölkələrdə "Qələbə mahnıları" adlı sülhməramlı aksiya təqdim edib. "Soprano" Pekində dünyanın ən böyük televiziya şoularından olan "Spring Festival Global Gala 2016"da çıxış edib və həmin efiri 1 milyard tamaşaçı izləyib. Xatırladaq edək ki, oktyabrın 10-da Heydər Əliyev Mərkəzində, həmçinin "Turetski xoru"nun konserti olub. Anşlaqla keçən konsert böyük maraqla izlənib.
Azvision.az