“Badamdarda vəziyyət qorxulu deyil” - FHN rəsmisi

  29 Noyabr 2018    Oxunub : 1444
 “Badamdarda vəziyyət qorxulu deyil” - FHN rəsmisi
“Badamdar sürüşmə sahəsində tədqiqat işləri tərtib olunmuş qrafikə uyğun davam edir və işlər gələn birinci yarısında tamamlanacaq”

Bu barədə Azvision.az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli bildirib.
FHN rəsmisi deyib ki, tədqiqat bitdikdən sonra ərazidəki problemlərin həlli istiqamətində layihə tərtib olunacaq və Nazirlər Kabinetinə göndəriləcək.

“Ərazi diqqət mərkəzindədir. Ərazidə qorxulu şərait mövcud deyil, ona görə də kiminsə köçürülməsi məsələsini ortaya qoymamışıq. Sürüşmə sahəsində yuxarı hissədə yerləşən fərdi təsərrüfatların bəzisində yaşayış var və onlara həmin evdə müvvəqəti olaraq yaşamamağı məsləhət görmüşük. Indiki halda hər hansı təhlükə yoxdur. Ərazi böyük qaya qatının üzərindədir, proses isə aşağıda gedir”, - deyə Təyyar Hüseynli vurğulayıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: FHN   Badamdar