Almaniyalı hərbi ekspertlər Bakıya gəliblər

Almaniyalı hərbi ekspertlər Bakıya gəliblər
  28 Noyabr 2018    Oxunub:1220
Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası Müdafiə nazirlikləri arasında illik hərbi əməkdaşlıq planına əsasən, noyabrın 28-də Bakıda iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin işçi görüşü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, tədbirdə hərbi qanunvericiliyə dair qarşılıqlı təcrübə mübadiləsi keçirilib.

Həmçinin hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial-hüquqi müdafiəsinin xüsusiyyətləri, eləcə də bir sıra digər məsələlər müzakirə olunub.

Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti