Hərbçilərimizin Cənubi Sudana göndəriləcəyi vaxt açıqlandı

Hərbçilərimizin Cənubi Sudana göndəriləcəyi vaxt açıqlandı
  27 Noyabr 2018    Oxunub:1913
Azərbaycan Cənubi Sudana sülhməramlılar göndərəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, Birləşmiş Millətlər Təşkilatının mandatı altında Cənubi Sudanda həyata keçirilən beynəlxalq missiyada Azərbaycan sülhməramlılarının iştirakı planlaşdırılır.

Hərbi qulluqçularımızın 2019-cu ilin yanvar ayında Cənubi Sudanın paytaxtı Cuba şəhərinə ezam olunması nəzərdə tutulub.

Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti