PA-nın yeni şöbə müdiri kimdir?

 PA-nın yeni şöbə müdiri kimdir?
  26 Noyabr 2018    Oxunub:6478
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqaqında sərəncam imzalayıb.

Sərəncama əsasən Hikmət Fərhad oğlu Hacıyev Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.
Azvision.az xəbər verir ki, Hikmət Hacıyev 1979-cu ildə Gəncə şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillərini bitirib.

NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi və Belçikanın ULB universitetinin magistr pilləsinin məzunudur.

H.Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi ‎sistemində çalışıb. Müxtəlif illərdə Azərbaycanın NATO ‎nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində çalışıb. 2008-‎ci ildən Xarici İşlər Nazirliyində Təhlükəsizlik ‎problemləri departamentinin 2-ci katibi vəzifəsini, 2011-ci ildən isə ‎Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsini tutub.

2013-cü ilin avqustunda Azərbaycanın Misirdəki səfirliyinin müşaviri kimi uzunmüddətli xarici xidməti ezamiyyətini başa vuraraq, Xarici İşlər Nazirliyinə dönüb. 2013-cü ilin sentyabrından Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.

H.Hacıyev 2014-cü ildən 2018-ci ilə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat ‎xidmətinin rəhbəri vəzifəsində işləyib. 9 iyul 2018-ci ildə "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunub.

18 sentyabr tarixindən bu günədək Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsini icra edib.

Rus, türk, ingilis və fransız dillərini bilir.

Azvision.az


Teqlər: PA   Hikmət-Hacıyev  





Xəbər lenti