BTC ilə 190 milyon barrelədək neft ixrac edilib

BTC ilə 190 milyon barrelədək neft ixrac edilib
  21 Noyabr 2018    Oxunub:4547
Bu ilin doqquz ayında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə təqribən 25 milyon tondan çox (189 milyon barrel) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 243 tankerə yüklənib.
“BP Azerbaijan” şirkətindən Azvision.az-a verilən məlumata görə, 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan bu ilin üçüncü rübünün sonunadək BTC ilə ümumilikdə 408 milyon tondan çox (təxminən 3,1 milyard barrel) xam neft nəql olunub və Ceyhan limanında 4001 tankerə yüklənərək dünya bazarına göndərilib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Üç rüb ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 87 milyon dollar, əsaslı xərclərə isə təxminən 21 milyon dollar sərf edilib.

Azvision.az


Teqlər: BTC   neft  





Xəbər lenti