Sıxılmış qazla işləyən avtobusların idxalı ƏDV-dən azad edilir

 Sıxılmış qazla işləyən avtobusların idxalı ƏDV-dən azad edilir
  19 Noyabr 2018    Oxunub:3435
Sıxılmış qazla işləyən avtobusların ƏDV-dən azad edilməsi təklif olunur.
Azvision.az xəbər verir ki, bu barədə Vergi Məcəlləsinə təklifən edilən dəyişikliklərdə qeyd olunub.

Bildirilib ki, sürücü də daxil olmaqla 10 nəfərədən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla işləyən avtobusların idxalı 2020-ci il yanvarın 1-dən 5 il müddətinə ƏDV-dən azad edilsin.

Qanun layihəsində deyilir ki, KOB klaster şirkəti tərəfindən mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiqedici sənədi əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, avadanlıqların, qurğuların idxalı-KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə ƏDV-dən azad ediləcək.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Avtobus   ƏDV  





Xəbər lenti