"Nəticələrdən tam razı deyilik" - Məleykə Abbaszadə

"Nəticələrdən tam razı deyilik" -  Məleykə Abbaszadə
  17 Noyabr 2018    Oxunub:11609
"Oktyabr ayında 11-ci sinif şagirdləri üçün keçirilən sınaq imtahanının nəticələrindən tam razı deyilik"
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sınaq imtahanı 11-ci sinfin proqramını tam əhatə etmirdi.

"10-cu sinfin bazası əsasında sınaq imtahanı keçirdik. Belə sınaq imtahanı yazda da keçiriləcək. Bu zaman 11-ci sinif standartlarına aid olan yeni tapşırıqlardan da istifadə olunacaq. Bu, ilkin imtahan idi. Nəticələrdən tam razı olduğumuzu deyə bilmərik. Amma humanitar sahəsində olan nəticələr elə də pis deyil. Biz bunu monitorinq imtahanın nəticələrində də görürdük. Ana dilindən olan nəticələr ildən-ilə yaxşılaşır. Amma texniki fənlərdən, xüsusilə riyaziyyatdan olan nəticələr bizi o qədər də qane etmir".

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti