“3,5 milyon manat kənardan gələnlərə verilib” - DİM rəhbəri

“3,5 milyon manat kənardan gələnlərə verilib” -  DİM rəhbəri
  17 Noyabr 2018    Oxunub:10621
Dövlət İmtahan Mərkəzi (DİM) bəzi insanların imtahanların pullu ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Azvision.az-ın məlumatına görə, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: imtahanlara dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib ki, qurum üçün ayrılan vəsaitin yarısı kənardan gələn şəxslərə xərclənib.

"DİM yaranan zaman dövlət tərəfindən 7,6 milyon manat ayrılıb. Pulun 3,5 milyon manatı kənardan dəvət olunan adamlara ödənilib. İmtahanın təmiz, düzgün keçirilməsi üçün belə vəsaitin sərf edilməsi normaıdır. Çünki onlar adekvat əmək haqqı almalıdırlar".

M.Abbaszadə bildirib ki, DİM-in mərkəzi aparatı və regional bölmələri daxil olmaqla ümumilikdə şəxsi heyyəti 210 nəfərdən ibarətdir:" Təbii ki, qeyd olunan həcmdə tədbirlərin həyata keçirilməsi üçün bundan daha çox sayda əməkdaşa ehtiyac var".

Aytən Zəhra
Azvision.az



Teqlər: DİM  





Xəbər lenti