Neft Fondunun xərcləri azaldılır

 Neft Fondunun xərcləri azaldılır
  05 Noyabr 2018    Oxunub:4259
Gələn il Dövlət Neft Fondunun büdcəsinin 4 mlrd. 214 mln. manat profisitlə olacağı gözlənilir.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisdə Azərbaycanın 2019-cu ilin dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, 2019-cu ilin büdcəsində Fondun baza göstəriciləri dövlət büdcəsində olduğu kimi, yəni neftin qiyməti 60 dollara bərabər görürülüb.

“Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2019-ci il üçün gəlirləri 15 579,2 mln. manat, xərcləri isə 11 364,3 mln. manat həcmində nəzərdə tutulur. Fondun gəlirləri 2018-ci ilin proqnozu göstəricisindən 1,8% çoxdur. Gəlirlərin strukturunda ən böyük xüsusi çəkiyə Azxərbaycanın payına düşən mənfəət neft və qazın satışından əldə edilən xalis gəlirlər malikdir.

Bu istiqamət üzrə Fondun gəlirləri 2019-cu ildə 13 mlrd. 218 mln. manat təşkil edəcək. Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərin 1 mlrd. 571 mln. manat olması proqnozlaşdırılır. Bu da 2018-ci ilin proqnozundan 29,2% çoxdur. Dövlət Neft Fondunun gələn il üçün xərcləri 11 mlrd. 364,3 mln. manat nəzərədə tutulub ki, bu da 2018-ci ilin proqnozundan 0,7% azdır”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Neft-Fondu   Gəlir   Xərc  





Xəbər lenti