Müəllim və valideynlərin müraciətləri dinlənilib

Müəllim və valideynlərin müraciətləri dinlənilib
  02 Noyabr 2018    Oxunub:9274
Bakıdakı 18 nömrəli tam orta məktəbdə Yasamal, Səbail və Qaradağ rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azvision.az-a bildiriblər ki, səyyar qəbula gələn vətəndaşlar məktəblərin maddi-texniki təminatı, laborant vəzifəsinə işə qəbul, buraxılış imtahanlarındakı dəyişikliklər və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, müəllim və valideyn müraciətlərinin yerində dinlənilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

Azvision.az


Teqlər: BŞTİ   Müəllim   Valideyn  





Xəbər lenti