Şəkər çuğundurunun alış qiyməti artırılıb

  01 Noyabr 2018    Oxunub : 8221
Şəkər çuğundurunun alış qiyməti artırılıb
"İmişli Şəkər Zavodu şəkər çuğundurunun alış qiymətini artıraraq, hər ton üçün 60 manata çatdırıb"
Bunu Azvision.aza açıqlamasında "Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin direktoru Mehran Məmmədov deyib.

Onun sözlərinə görə, bu il 14 faiz şəkərliliyə malik məhsulun 1 tonu 60 manata alınır: "Ötən il məhsulun 1 tonu 58 manata alınırdı. Bu il isə 2 manat artırılaraq, 60 manata çatdırılıb. Bundan başqa hər 1% şəkərlilik üçün əlavə olaraq 2 manat ödənilir. Həmçinin dövlət tərəfindən hər ton üçün 4 manat subsidiya ayrılır ki, bu da mıhsul istehsalına marağı artırır".

M.Məmmədov bildirib ki, hazırda zavod Azərbaycan bazarını şəkərlə tam təmin edir: "Biz Azərbaycan bazarını şəkər məhsulları ilə tam təmin edirik. Zavodun illik şəkər istehsal gücü 700 min tondur. Eyni zamanda zavodun istehsal etdiyi məhsullar Orta Asiya ölkələrinə ixrac olunur".

Onun sözlərinə görə, hazırda Azərbaycanda 10 min hektarlarla şəkər çuğunduru əkilir: "Azərbaycanda 2006-cı ildən başlayaraq Aran və Aşağı Qarabağ bölgəsində şəkər çuğunduru əkilir. Bu sahədə 100 minə yaxın insan çalışır. Zavodun 2017-ci ildə rekonstruksiyasından sonra istehsal gücü gündəlik 10 min tona çatdırılıb".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: İmişli   Zavod