Lökbatanda avtobus kişini vurub öldürdü

Lökbatanda avtobus kişini vurub öldürdü
  01 Noyabr 2018    Oxunub:4752
Oktyabrın 31-də saat 6 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini Namiq Məmmədov idarə etdiyi “Daewoo” markalı 130 saylı xətt avtobusla yolu keçən 25-30 yaşlı kişini vurub.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, nəticədə həmin şəxs hadisə yerində ölüb. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti