Strategiyada işsizlik səviyyəsinin 7,3 faizdən 5 faizədək, yoxsulluğun 29,3 faizdən 4,9 faizədək azaldığı, əhalinin gəlirlərinin 5,2 dəfə, minimum əməkhaqqının 3,5 dəfə, orta aylıq nominal əməkhaqqının 3,8 dəfə artdığı qeyd edilib. Həmin dövrdə işsizlərin, işə düzəlməkdə çətinlik çəkən vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşması və rəqabətqabiliyyətliliyinin artması, iqtisadi fəallığın yüksəlməsi üçün əlverişli şərait yaradılması sahəsində müvafiq tədbirlər həyata keçirilib.
Azvision.az