Azərbaycan neft-qaz hasilatını artıracaq

Azərbaycan neft-qaz hasilatını artıracaq
  30 Oktyabr 2018    Oxunub:3564
Gələn il Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) üzrə neft-qaz hasilatının artacağı proqnozlaşdırılır.
Azvision.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının Rəyində deyilir.

Qeyd edilir ki, 2019-cu ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti üzrə neft hasilatının 0,6 milyon ton artırılaraq 30,9 milyon ton, qaz hasilatının isə 5,9 milyard kubmetr artırılaraq 29,7 milyard kubmetr həcmində olacağı nəzərdə tutulur.

Bundan başqa gələn il Azərbaycanın neft hasilatının 0,7 milyon ton artımla 38,5 milyon ton, təbii qaz hasilatının isə 6,7 milyard kubmetr artımla 36,9 milyard kubmetr təşkil edəcəyi nəzərdə tutulur.

Azvision.az


Teqlər: Neft   Qaz  





Xəbər lenti