“AMAL”-ın büdcəsi 1 milyon dollardır

“AMAL”-ın büdcəsi 1 milyon dollardır
  30 Oktyabr 2018    Oxunub:4104
Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə həyata keçirdiyi “Aqrar Sektorda Məşğulluq Layihəsi”nin büdcəsi 1 mln. ABŞ dollarıdır.
Azvision.az xəbər verir ki, bunu Təsərrüfatı Nazirliyinin yeni layihəsi - "AMAL"ın təqdimat mərasimində FAO -nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak bildirib.

O, FAO-Azərbaycan tərəfdaşlığını yüksək qiymətləndirdiyini vurğulayıb: "Kənd təsərrüfatında istixana qazlarının havaya buraxılması 20-25 faiz artıb və bir tədbir görülmədiyi təqdirdə 2050-ci ildə bunun 30 faizə çatacağı gözlənilir. Bu səbəbdən kənd təsərrüfatının dayanıqlı sahələrində inkişaf əldə olmalıdır. Ümumiyyətlə, meşə və balıqçılıq kimi dayanıqlı kənd təsərrüfatına keçməliyik. Ümumilikdə yaşıl kənd təsərrüfatına keçid ekologiyaya və məhsuıdarlığın artmasına müsbət təsir göstərir".

Aytən Zəhra
Azvision.az


Teqlər: AMAL   KTN   FAO  





Xəbər lenti