Orduda sıçrayış marşı üzrə yarışlar keçirilir

Orduda sıçrayış marşı üzrə yarışlar keçirilir
  27 Oktyabr 2018    Oxunub:4585
Müdafiə nazirinin Azərbaycan ordusunda idman yarışlarının keçirilməsi haqqında əmrinə əsasən hərbi birliklərdə sıçrayış marşı üzrə yarışlar başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, motoatıcı, əməliyyat və kəşfiyyat bölmələrinin cəlb olunduğu yarışlarda komandalar müxtəlif məsafələrdə müəyyən olunmuş marşrut üzrə güclərini sınayırlar.

Birincilik uğrunda mübarizədə iştirak edən hərbi qulluqçular bölmələr tərkibində ştat silahları və tam təchizat ilə uzun məsafələri sürətlə qət etməklə dözümlülük və bacarıqlarını təkmilləşdirirlər.

Azvision.az


Teqlər: Ordu   Yarış  





Xəbər lenti