Səfər Mehdiyev Mingəçevirdə vətəndaşlarla görüşüb

Səfər Mehdiyev Mingəçevirdə vətəndaşlarla görüşüb
  26 Oktyabr 2018    Oxunub:4856
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Mingəçevir şəhərində vətəndaşları qəbul edib.
Komitədən Azvision.az-a verilən məlumata görə, qəbulda bölgədə yerləşən - Mingəçevir şəhəri, Şəki, Oğuz və Qəbələ rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı S. Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Azvision.az



Teqlər: DGK  





Xəbər lenti