Rabitə xidmətlərinin dəyəri 7,7 faiz artıb

Rabitə xidmətlərinin dəyəri 7,7 faiz artıb
  22 Oktyabr 2018    Oxunub:3101
2018-ci ilin yanvar-sentyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1357,2 milyon manatlıq xidmət göstərib ki, onun da 72,5 faizi əhali tərəfindən istehlak olunub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,7 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,6 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 47,6 faizi və ya 646 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Azvision.az



Teqlər: Statistika  





Xəbər lenti