Vaqif Bayatlı Türkiyədən şad xəbərlə qayıdıb

Vaqif Bayatlı Türkiyədən şad xəbərlə qayıdıb
  18 Oktyabr 2018    Oxunub:11770
“Vaqifin vəziyyəti yaxşıdır. Türkiyədən müsbət cavablarla qayıtdıq”
Bunu Azvision -a açıqlamasında tanınmış şair Vaqif Bayatlı Odərin xanımı Tamam Bayatlı deyib. Onun sözlərinə görə, şairin analizlərinin cavabı müsbət çıxıb.

“Beyini demək olar ki, 90-95 faiz sağalıb. Digər analizlər də verildi. Növbəti dəfə mart- aprel ayında Türkiyəyə gedəcək. Ona qədər tam sağalması gözlənilir. Ürəyi isə hələki qaydasında deyil. Dərman yazıblar ki, beyin sağalana qədər ürəyi sabit qalsın. Tam sağalandan sonra ürəyinə stend qoyulacaq. Vaqiflə çox adam zəng edib maraqlandı, narahat oldu. Qayıdandan sonra onların hamısına zəng edib təşəkkür etmək istəyir”.

T. Bayatlı bildirib ki, hazırda şairin əhval- ruhiyyəsi yaxşıdır.

Qeyd edək ki, Vaqif Bayatlı Odər uzun müddətdir beyin anomaliyasından və ürək xəstəliyindən əziyyət çəkir.

Şahanə Rəhimli
Azvision


Teqlər: Vaqif-Bayatlı  





Xəbər lenti