“Uzun ömür tanrının cəzasıdır” - 129 yaşlı qadın
AzVision.az xarici mətbuata istinadən bildirir ki, Rusiyada yaşayan 129 yaşlı çeçen qadın həyatı boyunca üzünün gülmədiyini və heç vaxt xoşbəxt olmadığını söyləyib.
K.İstambulova SSRİ yarananda 28, İkinci Dünya Müharibəsi başa çatanda 56, SSRİ süqut edəndə isə 103 yaşında olub.
O, İkinci Dünya Müharibəsi zamanı faşist tanklarının kəndlərinə necə daxil olduğunu, evinin qarşısından keçməsini hələ də xatırlayır. Müharibədən sonra almanlarla əlaqəsinə görə Stalin tərəfindən Qazaxıstan və Sibir çöllərinə sürgün edilib.
Aytən Zəhra
AzVision.az
Teqlər: Qadın