Nazirin qəbul vaxtı dəyişdirilib

  15 Oktyabr 2018    Oxunub : 2587
Nazirin qəbul vaxtı dəyişdirilib
Vergilər naziri Mikayıl Cabbarovun Beyləqan rayonunda oktyabrın 15-nə planlaşdırılan vətəndaşların qəbulunun vaxtı dəyişdirilib. Görüşlə bağlı əlavə məlumat veriləcək.
Bu barədə AzVision.az-a nazirliyin Media və kommunikasiya mərkəzindən bildirilib.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Xatırladaq ki, qəbul Beyləqan şəhərində 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Beyləqan şəhəri, SMD-42 qəsəbəsi) keçiriləcək.

AzVision.az

Teqlər: Vergilər-Nazirliyi