Ali məktəblərə yeni qəbul qaydaları tənqid olundu

Ali məktəblərə yeni qəbul qaydaları tənqid olundu
  12 Oktyabr 2018    Oxunub:10400
“Tələbə qəbulu ilə bağlı qaydaların dəyişməsi öncədən bildirilməlidir. Tutaq ki, orta məktəbin 11-ci sinif şagirdi hansısa istiqamət üzrə hazırlaşır, amma imtahana 6 ay qalmış qaydalar dəyişir. Bu, düzgün deyil”
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, bu cür addım bir-iki nəfərə deyil, minlərlə insana təsir edir: “Bu, abituriyent hansı qaydada imtahan verməlidir, axı hazırlaşdığı istiqamət başqadır. Bunu öncədən müəyyənləşdirmək lazımdır. Tutaq ki, Təhsil Nazirliyi desin ki, bu qaydalar 9-cu sinifdə oxuyanlara tətbiq edilmir. Yəni bu qaydalar 8-ci sinifdə oxuyan, o yaşda olanlara tətbiq ediləcək. Belə olan halda şagird hansı istiqaməti seçəcəyini müəyyən edir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Siyavuş-Novruzov  





Xəbər lenti