UEFA-dan Rusiyaya irqçilik işi açılır

UEFA-dan Rusiyaya irqçilik işi açılır
  27 Oktyabr 2013    Oxunub:1547
UEFA Rusiya futbol klubu olan ÇSKA haqda azarkeşlərinin irqçi davranışı ilə bağlı intizamedici iş açmaq barədə qərar çıxarıb.
AzVision.az xəbər verir ki, bu həftə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Moskvada yerli ÇSKA ilə “Mançester Siti” arasında keçirilən oyun zamanı (görüş qonaqların xeyrinə nəticələnib) Moskva komandasının müdafiəçisi Yaa Ture tribunadan öz ünvanına təhqiramiz irqçi şüarlar eşitdiyini söyləyib.

“Belə bir qərarın verilməsi ədalətli olardı. Biz cəzanı qəbul edəcək və nəticə çıxaracağıq ki, bir daha belə halların təkrarlanmaması üçün zəmanət verək”, - deyə Rusiyanın idman naziri Vitali Mutko bildirib.


Teqlər:





Xəbər lenti