Səndən Şerlok olarmı? – Məntiq testi

Səndən Şerlok olarmı? – Məntiq testi
  11 Oktyabr 2018    Oxunub:28572
Bu məntiqi məsələni həll edə bilmək üçün sizin mürəkkəb səbəb-nəticə əlaqələri qurmaq bacarığınız olmalıdır. Məntiq zəncirinin halqalarının birində səhv olarsa, bütün proses boşa çıxacaq.
Görək, cavabı tapmaq üçün sizin məntiqiniz və səbriniz kifayət edəcəkmi?

Məsələ

Ağır bir cinayətə görə 3 nəfər şübhəli şəxs saxlanılıb. Onlardan birincisi qoca kişi, ikincisi sadə şəhər sakini, üçüncüsü – məşhur fırıldaqçıdır.
Saxlanılan şəxslərin adları belədir: Əhməd, Məmməd, Həsən. Amma hansı adın kimə məxsus olduğu bilinmir.

Saxlanılan şəxslər polisə ifadələrində belə deyiblər:

Əhməd: “Cinayəti mən etməmişəm. Məmməd də etməyib”.
Məmməd: “Bu, Əhmədin işi deyil. Həsən edib”.
Həsən: “Bunu mən etməmişəm. Cinayəti Əhməd törədib”.

Araşdırma zamanı məlum olub ki, qoca düzünü deyib, fırıldaqçı yalan danışıb. Sadə vətəndaşın dediyi fikirlərdən isə biri yalan, o biri düzdür.

Şübhəli şəxslərin adlarını dəqiqləşdirib, cinayəti kimin törətdiyini tapa bilərsinizmi?

(Düzgün cavab bir gündən sonra veriləcək)




Teqlər: Məntiq-məsələsi   Detektiv  





Xəbər lenti